Sağlamlığımız kimə etibar edilib? – Cavid İSMAYIL yazır

Hərdən dostlarla ötən əsrin xəstəliklərindən, xəstəliyin müalicə
və müayinəsindən söhbət edərkən demək olar ki, həmfikir oluruq. Məsələn, ən çox
belə  deyilərdi “…o vaxt elə xəstə olanda həkim bir kurs pensilin
yazırdı, əməl edirdik bununla da sağalırdıq”. Yaxud da “…gedirdik bir həkimin
yanına, heç ora-bura, başqa həkimlərə göndərmirdi, lazım olanda qan təhlili
alırdı, vəssalam. Həkimin özü müayinə edirdi, özü də dərman yazırdı bununla da
məsələ bitirdi”. Yaxud da məsələn, “…filan həkimin yanında gedirdin, heç UZİyə
salmadan əli ilə müayinə edərək dəqiq diaqnoz müəyyən edib müalicə edirdi” .

Hə elə əli
ilə müayinə edən, dəqiq dianoz qoyub müalicə edən həkimdən söz düşmüşkən
xatırladığım bəzi məqamları sizinlə bölüşmək istəyirəm.

Mənim uşaqlıq
və yeniyetməliyimin əsas hissəsi Naxçıvanla bağlı olduğundən elə o vaxtlardan
yadımda qalan bəzi xatirələrdən yazacam.

Hələ 70-ci
illərdə ailə üzvlərimdən birinin uşaq ikən boğazındakı artıq ət
əziyyət verir, atam bir valideyin olaraq həkimə üz tutur. Şərurda və
ümumiyyətlə Naxçıvanda yaxşı tanınan  Məmili həkim müayinə edir və
qərara gəlir ki, artıq  ət  kəsilməlidir. Belə də olur.
Müəyyən dövrdən sonra bizimkilər Soçidə (Rusiya) istirahətdə olanda başqa bir
səbəblə həmin ailə üzvümü atam yenə də həkimə aparır. Həkim müayinə edir və
atamdan soruşur. Uşağın qlandalarını harada, hansı professora kəsdirmisiniz?
Atam cavab verir ki, həkim bizim kəntddədir, özü də professor deyil, amma çox
yaxşı həkimdir. Həmin rus həkim israrla deyir ki, ola bilməz ki, ucqar bir
yerdə belə bir həkim ola. Bunu kəsən mütləq professordur. Allah Məmili həkimə
can sağlığı versin.

…Naxçıvanda yaxşı tanınan Şərur mərkəzi xəstəxanasında cərrah Ağa
həkim var idi. Allah rəhmət eləsin. Ruhu şad olsun. Yanına
gedən   xəstələri  özü müayinə edər və dəqiq diaqnos
qoymaqla əməliyyat edərdi.

İndi isə
öz  başıma gələn bir əhvalatdan qısaca qeyd edim. Günlərin bir
günü  kor barısaq  nayihəsində ağrılarım oldu. Rəhmətlik
Ağa həkim Şərurda olmadığından atam məni Naxçıvana, o vaxtın məşhur
cərrahlarından olan rəhmətlik Cabbar həkimin yanına apardı. Öncədən müayinəyə
Cabbar həkim acqarına gəlməmi tapşırmışdı. Belə də oldu. Bir gün səhər tezdən
Naxçıvan şəhərinə getdik, Cabbar həkimin dediyi vaxtda onun qəbulunda olduq.
Rəhmətlik məni 5-6 dəqiqəlik müayinə etdi və qərar verdi. Atama dedi ki,
narahat olmalı bir şey yoxdur. Ağrıyan kor bağırsağıdır, lakin xroniki ağrıdır.
Bunu kəsməyə dəyməz. Atam israrla dedi ki, ay həkim, bəlkə əməliyyat edib
götürəsən, sonra problem yaradar. Ruhu şad olsun, dedi narahat olmayın,
zaman-zaman hərdən ağrısı olacaq, amma əməliyyatlıq deyil. Müayinədən hardasa
təqribən 25-27 il keçsə də, rəhmətlik Cabbar həkimin sadəcə olaraq barmaqları
ilə müayinə edərək qəbul etdiyi qərar hələ də özünü doğrultmaqdadır.

Ümumiyyətlə
hər birimizə bəllidir ki, həkim çox müqəddəs peşədir. Həkimlər insanlarımızın
sağlığının keşiyində duran ağxalatlı mələklərdi. Təbii ki, bu ada layiq
olanları nəzərdə tuturam. Lakin bir xəstə olanda onun həkiminin kim olduğunu
biləndə xəstən nə qədər ağır vəziyyətdə olursa olsun insanın ürəyindəki yanğına
elə bil ki, su səpmiş olursan və belə olan halda insan ruhən çox rahatlaşmış
olur.

Belə
xatirələr çoxdur. Zaman-zaman yadıma  düşsə də  son
koronovirus pandemiy ası dövrü daha tez-tez xatırlamağa başlamışam.

Məlum
pandemiyya məsələsindən sonra  tanıdığım mənim üçün yeni olan
həkim  Ramin Bayramlı oldu. Bəli,  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi
şəxsin (TƏBİB) İdarə Heyətinin sədri  Ramin Bayramlı.  Ramin
həkimi qeyd etdiyim mövcud şəraitdə televiziya ekranlarından tanıdım. Ona qədər
və ondan sonra da həkim kimi tanımadığım Ramin həkim televiziya ekranından çox
savadlı və işin içində olan birisi kimin təsir bağışlayır. Lakin necə həkim
olduğunu bilmirəm. Bu baxımdan Ramin Bayramlını bir həkim kimi tanıyan varsa həkim
tərəfini də tanıtdırın ki, ölkkənin   bütün vətəndaşlarının
sağlamlığı əmanət edilən həkimi yaxşı tanıyaq ki, ürəyimizə su səpək,
rahatlaşaq.


bu arada, Ümumdünya Səhiyyə Təşkilatının
Azərbaycandakı nümayəndəsi Hande Harmancının  sərtləşdirilmiş karantin
gününün birində Qubada yaxşıca, adımıza layiq istirahət etdiyi ilə də elə Hande
xanımın özünün  şəxsi tvitter səhifəsindən verdiyi məlumatdan tanış
oldum.

Doğrudur,
insanlarımızın göstərdiyi  təpkidən sonra Hande xanım, Quba, Qusar
rayonlarında istirahət edərkən sosial məsafə,  maskadan istifadə etmədiyinə aydınlıq
gətirməsə də, şəkilləri çəkdirib paylaşdığına görə də üzr istədi.

Yeri
gəlimşkən Hande xanıma bildirmək istəyirəm ki, hörmətli Hande xanım, siz
Anadolu türkü olmaqla bizim canımız və qanımızdansınız. Ya Türkiyə, ya Azərbaycan, nə fərqi var ki. Vətənin bütün
əraziləri doğma və əzizdir. Lakin siz Azərbaycanda canımız Türkiyəni deyil,
Ümumdünya Səhiyyə Təşkilatını təmsil edirsiniz və bir həkimsiniz. Yuxarıda qeyd
etdiyim zamanda da elə indinin özündə də, xəstəsi olan əsl həkimin boğazından
yemək belə keçməz. Bu bilmirəm nə qədər peşəkarlıqdır, lakin onu dəqiq bilirəm
ki, bu hiss yalnız ülvi, pak və əsl ağ xalata layiq olan, sağlığımızın mələkləri olan müqəddəs
həkimlərə xasdır.

Məhz sağlamlığımızın keşiyində duran, öz sağlıqlarını təhlükəyə ataraq ölüm-dirim savaşı göstərən əsl həkimlərə və bütün tibb işçilərinə təşəkkür edirəm. Dünyasını dəyişənlərə isə, Allahdan rəhmət diləyirəm.

Cavid İSMAYIL