Saxta “Mesrop əlifbası” mifini darmadağın edən əsər Türkiyədə çap edildi

Bu günlərdə Türkiyədə Doğu Kütüphanesi
(İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi İB-nin sədri, filoloq-tarixçi,
içtimai-siyasi xadim, türkoloq professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni
xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji
və filoloji tarixidir” seriyasından növbəti elmi əsəri “Mesrop Maştos əlifba
ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı Anadolu türkçəsində “Mesrop
Maştos alfabe mucidi değil, sahtekar anonim papazdır”
adı ilə çapdan çıxıb.

ONN
xəbər verir ki, əsərin  tərcüməçisi -AMEA
Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun  Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nargis, baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və
tədqiqatçı Erol Cihangirdi.

Xatırladaq ki, Azərbaycan oxucularına
2017-ci ildə təqdim edilən bu elmi əsər

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu
Elmi Şurasının protokoluna əsasən “Elm və təhsil” nəşriyyatından nəfis şəkildə
çapdan çıxıb.

Kitabın
redaktoru akademik Möhsün Nağısoylu, rəyçilər professorlar Qəzənfər Kazımov və  İsmayıl Kazımovdur.

Kitabda çağdaş
erməni tarixçiləri və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadan yunandilli
anonim keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş
“tarixi şəxsiyyət” kimi verildiyi qeyd olunur.

Professor Əjdər Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis
alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə
“Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, nə ermənilərin
etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası”, nə də
“erməni yazısı” olmayıb.

Müəllif gətirdiyi tarixi maddi sübutlar əsasında o nəticəyə gəlir ki,
“erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır.

Avropalı erməni
dilçi alimi R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta
yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin
“Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut
edir.

Əjdər Tağıoğlu fikrinin təsdiqi baxımından yaxın tarixi hadisəni
xatırladır. O, yazır ki, yerli əhalinin gözləri qarşısında “erməni
yazısı”nın qədim mənşəyini gizlətmək üçün Eçmiadzin kilsəsinin təşkil
etdiyi qaragüruh dəstənin Oğuz türklərinin memar xəttatları tərəfindən Atəşgahların
kitabələrində Müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini
xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni
yazısı”nın daha sonralar təkmilləşdirilmiş formasında yaranmış bəzi yenı
fonetik fərqləri – erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət
idi.

Ermənilər eyni təxribatı Van gölü ətrafında
Maday-türk imperiyasının Əhəməni – pers dövrünə aid “Avesta” daş
yazılarının mətnlərində də aparmışlar. Bütün bunlara baxmayaraq, çağdaş erməni
yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu
gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin
diqqətindən yayınmamışdır.

Müəllif başqa bir tarixi hadisəni
xatırladaraq yazır: “Vəhşi çöllərdən yürüşlə gələn, yazı-pozudan xəbərsiz ərəb
ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini “qılınc
müsəlmanı”na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən qədim Ata
tarixini unutdurmaq məqsədilə “Avesta” ədəbiyyatından tonqallar
qaladılar,xalqımızın zəngin mənəvi, mədəni və dövlətçilik tarixini dünya
tarixinin səhifələrindən sildilər.

Yunandilli Kilikiya erməni kilsəsi də
bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən
istifadə etdiyi “Avesta yazısı”nı “erməni yazısı” kimi
tarixləşdirmişdi.”