ONN İnformasiya Agentliyi

Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır

Siz bu torpaqlara heç vaxt sülh gətirməmisiz – Cavid İSMAYIL yazır
13 Yanvar 2021 - 15:59

Yanvarın 11-də Azərbaycan, Rusiya və  Ermənistan rəhbərlərinin Moskvada məlum görüşündən sonra Paşinyanın mətbuat önündə Qarabağ probleminin hələ də həll olunmamış qalmasını israr etməsi və Qarabağa status almaq fikirndən vaz keçməməsi bir daha onu göstərir ki, 44 günlük müharibənin böyük qələbəsini təmin edən dəmir yumruq bunların başını tam olaraq əzməlidir!

Rusiya, sən bir dəfə də olsun Azərbaycan qaçqınlarını düşünmədin. Dini və mədəni abidələrin qorunmasının vacibliyini israrla, dəfələrlə qeyd etdinvə indi də edirsən. Əslində isə  illərdir qədim Türk torpaqlarında ənənəvi olaraq ermənilərin-kilsə fitnəsinin bilavasitə rəhbərliyi ilə aparılan tarixi saxtalaşdırmanın saxlanılmasını istəyirsiniz. Bu, bəllidir. Halbuki, özünüz də çox əla bilirsiniz ki, Azərbaycanda Rusiyadan fərqli olaraq bütün millətlər və müxtəlif dinə bağlı olan insanlar azad yaşayır və onlar daima dövlətin qayğısı altındadır.    

İndi cavab verin görək, ermənilər bizim dini ocaqlarımızı dağıdanda, məsçidlərimizə donuz bağlayanda, qəbir evlərimizi məhv edəndə kor idiniz? Harada idi sizin dini və insani dəyərlərə bağlılığınız?! Onda nə əcəb dini tolerantlıq hissiniz bir təpki vermədi? Əslində sizlər dini tolerantlıqdan çox-çox uzaqsınız. Bu bizlərə çoxdan bəllidir.

Bizə tarixdən o da bəllidir ki, siz bu torpaqlara heç vaxt sülh gətirməmisiniz. İndi də sülhün deyil, imperiya maraqlarınızın müdafiəçisiniz. Müharibə vaxtı ermənilərə silah və canlı qüvvə ilə kömək etməklə elə Putinin özü də media vasitəsilə gizlətmədən müttəfiqliyinizdən dolayı öz öhdəliyini layiqincə yerinə yetirdiyini açıq formada bəyan etdi.

Bəli, bununla da bir  daha  əmin  olduq  ki, biz ermənilərlə deyil, Rusiyanın imperiya maraqları ilə mübarizə aparırıq.

Səllim itləri və onların sahibləri anlamalıdır ki, bu millət Vətən uğrunda oğullar qurban verməyib ki, sizə status verilsin. Bu millətin  Vətən uğrunda bütün  mübarizələrdə  daim öz Ali Baş Komandanının yanında və əmrində olduğunu sizlər də gözəl bilirsiniz. Elə bu baxımdan da yaxşısı budur, işkillərinizi də yığ və Azərbaycanı tərk et!

Hə bu arada, Oval zalın, Nümayəndələr iş otağının sizə önəmi də tarixdən bəllidir. Lakin elə o istək içində sizə yalnız I Pyotr, II Yekaterina, I Nikolay və II Aleksandrın heykəllərinə baxaraq nostalji hisslərlə yaşamaq qalacaq!

Bunu isə heç zaman unutmayın! Qarabağ – AZƏRBAYCANDIR!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png