ONN İnformasiya Agentliyi

Siz deyəndə su çıxır, biz deyəndə qan düşür?! – Cavid ISMAYIL yazır

Siz deyəndə su çıxır, biz deyəndə qan düşür?! – Cavid ISMAYIL yazır
17 Avqust 2021 - 10:21

Son zamanlar regionumuzda gedən mürəkkəb proseslərin daha da gərgin hal alması göz önündədir. Əfsuslar olsun, cəmiyyətimizdə elə insanlar var ki,  yaşadığımız anların hələ də tarixi mahiyyət və məsuliyyətini ya anlamır, ya da özünü  anlamaz kimi göstərir.

Rusiya imperiya siyasətinin üfunət iyi verən liderlərindən  biri olan   “Jirinovski  türkləri niyə sevmir” adlı yazımda onun mənəvi-əxlaqi dəyərlərdən çox uzaq olduğunu faktlarla göstərmişdim. Doğrudur, orada konkret dövrlə bağlı faktlar öz əksini tapsa da, yazıda  əxlaqi dəyərlərdən, bütün etik normalardan uzaq olan Rusiya siyasətinin aparıcı siması  Jirinovskinin hələ uşaq ikən özündən azca böyük olan oğlanla balaca həyət damında ilk seks məcarasının əsasının qoyulmasını da elə özü öz dili ilə içtimaiyyətə çatdırıb.

Rusiyanın siyasi elitası  dəfələrlə Jirinovskinin it olduğunu və sahiblərinin qısqırtması ilə hürdüyünü bildiriblər. Məsələn Çeçenistan prezidenti Ramzan Kadırov islam düşməni olan Makrona peyğəmbərimizlə qarşı tutduğu yaramaz mövqeyinə görə etdiyi haqlı iradlar, digər islam düşməni olan Jirinovskinin dil uzatmağına  verdiyi  cavab  yaxşı yadımdadır. Kadırov da o zaman çox yerində olaraq Jirinovskini kiminsə əmrlərinin yerinə yetirən hürən it kimi dəyərləndirmişdi.

Jirinovskinin 1991-ci ildə hələ RSFSR   Xalq Deputatları Sovetinin iclasında nasist-faşist çıxışı da çox yaxşı yadımdadır. O, birbaşa digər xalqları ikinci dərəcəli göstərərək Rusiya və rusların o xalqlar üzərində hökmranlığının vacibliyindən danışırdı. Bəli, Rəyasət  Heyətində   oturub  özünü demokrat kimi cəmiyyətə sırıyan Yelsinin o çıxış vaxtı gözlərinin parlaması, Jirinovskinin hərdən ehtiyatla arxaya dönərək gözücü  Yelsinə baxması, elə tulanın yal verən sahibinə baxması kimi eyni idi. İllər keçdi, sahib dəyişildi. Növbəti belə tədbirlərdən biri artıq Putinin iştirakı ilə  2014-cü ildə Rusiya tərəfindən işğal olunan Krımın Yalta şəhərində keçirildi. Jirinovski  yenə də növbəti nasist çıxışını edir və digər xalqları hədələyərək Rusiya imperiyasının bərpa edilməsi, rus hökmranlığının vacib olduğu ştrixlərini verir.

Yelsindən fərqli olaraq Putin bu dəfə gülümsəyərək qeyd edir ki, “ …nəzərə alsaq ki, bu tədbirdə televiziylar iştirak edir, mən qeyd etdim ki, Vladimir Volfoviçin dediklərinin hamısı onun şəxsi fikridir, amma çox gözəl alovlandırır.” Bəli, elə bu epizodda Putinin mimikası zənnimcə Kadırov demiş, hürən itlə həmfikir olduğunu göstərir.

Jirinovskinin lap uşaq vaxtlarından zorlanması haqqında yuxarıda qeyd etmişdim. Bunu heç özü də gizlətmir və bütün Rusiyada da hər kəsə bəllidir. Lakin  mən Rusiya siyasətinin aparıcı simalarından olan Jirinovskinin hər fürsətdə zorlanmağından danışmaq istəmirəm. Sadəcə mənə maraqlıdır ki, özünə hörmət qoyan bir cəmiyyət Jirinovski kimi əxlaqı dəyərlərdən, mənəviyyatdan kənar, hər fürsətdə insanları söyüb, təhqir etməsini, hətta rus xalqını dəfələrlə bütün yüksək kürsülərdən söyməsini necə qəbul edir? Ramzan Kadırov demiş, “bu, birilərinin əlində saxlanılan itdir.” Maraqlısı odur ki, bunun sahibi rus xalqını niyə söydürür? Nəyə görə böyük bir xalqı və böyük bir dövləti Jirinovskinin formasında təqdim etməklə nüfuzdan saldırır? Maraqlıdır…

Jirinovski  2014-cü ilin 18 aprel tarixində Rusiya Federasiyası Dövlət Dumasında LDPR fraksiyasının rəhbəri kimi media nümayəndələrini acıq şəkildə küçə söyüşləri ilə təhqir etdi və alçaltdı . Eyni zamanda köməkçisinə “… hanı sənin o axmaqların” deyərək partiyasının nümayəndəsi olan cavan oğlana “bura gəl!” deyərək yanına çağırırdı və iki qadın jurnalisti göstərərək “onları qucaqla, öp və möhkəm zorla” tapşırığı verdi.

Jirinovskinin  rusları da dəfələrlə söyməsini yuxarıda qeyd etmişdim. Məsələn o 2014-cü il avqust ayının 24-də, pensiya islahatı ilə bağlı Dövlət Dumasında keçirilən dinləmələrdə rus xalqını qoyun adlandırır və yenə də təhqiri davam etdirir. Və ya 19 sentyabr 2003-cü ildə güya obraza girərək, lakin reallıqda yenə də bütün rusları təhqir edir. O, Dövlət Duması sədrinin müavini kimi 2004-cü ilin büdcə layihəsini müzakirə etmək üçün keçirilən iclasda çıxış edərək, rus xalqını “rus donuzları” adlandırır.

 Onu da qeyd edim ki, o, öz xalqını necə təhqir edir, hansı heyvanla müqayisə edir, onun təbii ki, bizlərə aidiyyəti yoxdur. Maraqlısı odur ki, xalq və bu gün Rusiyada islamofob və ermənipərəst, mənəviyyat baxımından Jirinovskinin tayları,görəsən, o vaxt nəyə görə yaxa cırıb Jirinovskidən rus xalqını təhqir etdiyi üçün məhkəməyə vermədi! Ondan üzr istəməsini tələb etmədi! Onu rusiya vətəndaşlığından çıxarmaq üçün məsələ qaldırmadılar!

Bir daha bildirirəm ki, qeyd etdiyim məqamlar Rusiya cəmiyyətinin və rus xalqının   daxili məsələsidir və özü bilər. Lakin Rusiya siyasətinin iy verən siması jirinovski digər xalqları təhqir edəndə Rusiya cəmiyyətinin sağlam düşüncəli insanları anlamalıı idi ki, itlərinə sahib çıxmayacaqları təqdirdə bir gün onların özləri də adekvat hərəkətlə üzbəüz qalacaqlar!

Bunu da qeyd edim ki, heç bir xalqı təhir qetmək doğru deyil və yolverilməzdir.

Lakin əxlaqi dəyərlərdən uzaq olan üzdəniraq Jirinovskinin  bir daha xalqımız, Vətənimiz, dövlətimiz və dövlət başçımız haqqında sərsəmləməsi əfsuslar olsun ki, Rusiya cəmiyyətinin heç bir təbəqəsi tərəfindən əsaslı qınanmadı və o, belə hərəkətinə görə yenə də cəzalanmadı.

İndi bizim tərəfimizdən də gözlənilən təpkilər və adekvat cavablar əks tərəfə veriləndə nədən o, əxlaqi dəyərlərdən uzaq olan, itlərinə sahib çıxmayanlar yaxa cırmağa başlayıb?

Bizdə -Şərurda yaxşı bir deyim var, Siz deyəndə su çıxır, biz deyəndə qan düşür?! İndi itlərinə yal verənlər anlamalıdırlar ki, itləri başından yekə qələt etməsin deyə ayaqlarına bağlamaları mütləqdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png