SON 1 HƏFTƏ – “VVhatsapp” bu telefonlarda İŞLƏMƏYƏCƏK

Mesajlaşma proqramı Whatsapp artıq köhnə əməliyyat sistemləri ilə işləyən telefonlara dəstək verməyəcək.

ONN media xəbər verir ki, 1 fevral 2020 tarixindən etibarən “Android” 2.3.7 və daha köhnə versiyalarda Whatsapp işləməyəcək. Məsələ yalnız Androidlə yekunlaşmır. Bütün dünyada məşhur olan Whatsapp Appl telefonlarda isə “İOS 9” və daha yeni versiyalarda istifadə edilə biləcək