ONN İnformasiya Agentliyi

Son altı əsrin ən uzun Ay tutulması başlayıb

Son altı əsrin ən uzun Ay tutulması başlayıb
19 Noyabr 2021 - 11:42

581 ilin ən uzun Ay tutulmasının başlayıb.

ONN media xəbər verir ki, təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək.

Bu cür tutulmaya isə qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayıb saat 14:47:04-də başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

Baş verəcək hadisə 2021-ci ilin sonuncu Ay tutulmasıdır.

Növbəti Ay tutulması 2022-ci il mayın 16-da baş verəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png