ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: AzTV və “Azərtac”ın əməkdaşları minaya düşərək həlak oldu

SON DƏQİQƏ: AzTV və “Azərtac”ın əməkdaşları minaya düşərək həlak oldu
04 İyun 2021 - 13:02

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

ONN media  xəbər verir ki, bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”, – məlumatda vurğulanıb.

AzTV-nin hadisə ilə bağlı yaydığı süjetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndində qeydə alınıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü Emin Məmmədov və kənd sakini yaralanıb.

xxx

Aztv-nin müxbiri ilə operatoru Kəlbəcərdə minaya düşüb​

Hadisə nəticəsində operator Sırac Abışov dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png