ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Gədəbəydə iki mülki şəxs MİNAYA DÜŞDÜ

SON DƏQİQƏ: Gədəbəydə iki mülki şəxs MİNAYA DÜŞDÜ
12 May 2021 - 18:33

Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri – 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png