ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər – RƏSMİ

SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər – RƏSMİ
08 Aprel 2020 - 18:02

Karantin rejiminin uzadılması hadisələrin inkişafından asılıdır.

ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib: “Qərar vətəndaşların qaydalara riayətinə əsasən qəbul olunacaq. Karantin rejimi nəinki uzadıla bilər, qaydalar daha da sərtləşdirilə bilər. Statistika göstərir ki, vətəndaşlar buna əməl etmirlər. Karantin rejimini pozanlar arasında jurnalist vəsiqələri ilə dolaşanlar yer alır. Bugünkü statistika qərarların sərtləşdirilməsini tələb edir. Hazırkı vəziyyət məhdudiyyətlərin sərtləşdirilə biləcəyini göstərir. Lakin Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə çox yaxşıdır. Ölkəmiz yoluxma faktı qeydə alınmadan qabaqlayıcı tədbirlər gördü. Bu gün rəqəmlər xoş xəbər verməsə də, vəziyyət ələ alınıb. Dövlət qaydaları pozanlara güzəştə getməyəcək. Qaydalara əməl olunsa, sağalmanın sürəti artar, yoluxma halları azalar. Bu gün yüksək keyfiyyətli testlər alınıb”.

O bildirib ki, müayinələr sürətləndirilib və yoluxmanın qarşısını almaq halları gücləndirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png