SON DƏQİQƏ: Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

Azərbaycanın Əməkdar artisti Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

ONN media  xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov “Facebook” hesabında yazıb.

“Səsi ilə tamaşaçılarının könlündə taxt qurmuş daha bir sənətkarımızı – Zöhrə Abdulla qızı Abdullayevanı səhhəti ilə əlaqədar yenə də olaraq xəstəxanaya yerləşdirdik”, – o bildirib.

Xatırladaq ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb.