Sovet repressiyasının qurbanı – Mikayıl Müşfiq

Unutmayaq, unutdurmayaq!

6 yanvar 1938-ci ildə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mikayıl Müşfiq Stalin represyasının qurbanı olaraq qətl edilmişdir

Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlib.

Lap körpə vaxtından, ay yarım olarkən onu dünyaya gətirən anasını, 6 yaşında isə ona həyatda arxa olacaq atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış və yaxın qohumlarının himayəsində böyümüşdür. Dövrünün yeni düşüncəli ziyalılarından biri kimi gənc nəslin təlim-tərbiyəsində və maarifçiliyin təbliğində xidmətləri olmuş Mikayılın atası Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar Müslüm Maqomayevin məşhur “Şah İsmayıl” operasının liberettosunu, eyni zamanda “Seyfəlmülük”, “Yusif və Züleyxa” operalarının da mətnini yazmışdır.

Çoxlu nağıl,
əfsanə, xalq şerləri və mahnıları, bayatı, laylalar əzbər bilən nənəsi Qızqayıt,
Mikayılın tərbiyəsinə və ilkin dünya görüşünün formalaşmasına böyük təsir
göstərmişdir.

Mikayıl Müşviq
ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini 1927-1931
ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat fakültəsində
davam etdirmişdir.

Mikayıl Müşfiq əmək
fəaliyyətinə pedaqoq kimi başlamış və 7 il Bakının orta məktəblərində
müəllimlik etmişdir. Şairin son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi
olmuşdur. Bu məktəb bu gün onun adının daşıyır.

Müşfiq
poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi “Bir gün”
şerilə başlamış və daha sonra müntəzəm olaraq dövri mətbuatda çıxış edir və
eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olmuşdur.

A.S.Puşkinin
“Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun “Demon” poemalarını
(R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şerlərini və
başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşviq M.F.Axundovun
A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması”nı da azərbaycan dilinə çevirir.

Mikayıl
Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şerlər toplusunu tərtib edib
nəşriyyata vermişdir. Buraya şair son illərdəki şeirləri ilə birlikdə bundan
əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. “Çağlayan”
bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci
ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də
qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün
icra olunur.

Müşviqin
həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə Bakıda “Musiqili günlərim” adlı
xatirələr kitabı nəşr olunur, 2005-ci ildə isə kitabın son genişləndirilmiş
nəşri “Gənclik” nəşriyyatında işıq üzü görür.

Qeyd edək
ki, Mikyıl Müşviqin xatirəsini
əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı
verilmişdir. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir
sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Allah rəhmət eləsin.

Cavid İsmayıl.