Sübutlara söykənən TARİXİMİZ

“Turan Araşdırma Mərkəzi” İB-nin sədri, professor hörmətli Əjdər Tağıoğlunun hər sətri qızıl hərflərlə yazılmış, sanballı tarixi qaynaqlara söykənmiş “Azərbaycan ordusunun dünya hərb tarixinə yazdığı 44 günlük ilk əfsanəvi tarix!” adlı əvəzsiz yazısını dəfələrlə oxudum. Yazıda Azərbaycan türklərinin tarixən ön Qafqazda yaşamaları, buranın aborigen xalqı olmasını, bu coğrafi məkanda yaratdıqları dövlətlər, zəngin mədəniyyət barədə tarixi dəlillər əsasında, antik müəlliflərə, ən əsası da alman, fransız, rus, erməni tarixçilərinə istinadən sübut etdiniz. Ermənilərin tarixən yaşadıqları Avropadan Kiçik Asiyaya, oradan da Çənubi Qafqaza köçürülmələlərinin tarixini anlaşılan tərzdə oxucuya çatdırdınız. Oxucu anladı ki, ermənilər buraya vahid ümumtürk məkanını parçalamaq, Rusiya tərəfindən sözügedən ərazidə oyuncaq bir rejim yaradılması üçün 5 ölkədən Cənubi Qafqaza-Azərbaycana köçürülmüş, məskunlaşdırıdıqları İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində əvvəlcə məqsədyönlü şəkildə erməni əyaləti, quberniyası, sonradan isə dövləti yaradılıb. Məqsəd ümumtürk məkanını parçalamaqdan ibarət olub.

Araşdırmanızda ermənilərin əllərində bayraq etdikləri Artsak (Arsak, Ərsak-red.) toponiminin ermənilərə heç bir aidiyyatı olmadığını təkzibedilməz dəlillərlə oxucuya çatdırdınız və sübut etdiniz ki, Arsak toponimi türkmənşəli söz olmaqla Albaniya ilə, onun paytaxtlarından olmuş Partav (Bərdə) ilə üzvü surətdə əlaqədar olub.

Dəyərli Əjdər müəllim, bütün həyatınız boyu təmənnasız olaraq Azərbaycana xidmət etdiniz, sizə təklif edilən vəzifələrdən imtina etdiniz, ən çətin anlarda dövlətimizin istiqlalının qorunması uğrunda mübarizə apardınız, bu sahədə ümummilli lider Heydər Əliyevin yanında oldunuz,onun silahdaşına çevrildiniz.

Şanslı vətən oğullarındansınız ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi gününü, Azərbaycan ordusunun Zəfər paradını görməyi Allahımız sizlərə və bizlərə də nəsib etdi.

Allahını, dövlətini, torpağını, millətini, xalqını sevən bir insan, bizi istəməyənləri hər an susdura biləcək əvəzsiz alimsiniz. Yazının tarixi əhəmiyyətini nəzərə alaraq onun ingilis, rus dillərinə tərcümə edilərək paylaşılmasını rica edərdim.

Dəyərli Əjdər müəllim, zəkanıza, cəsarətinizə min alqış. Əminəm ki, elmimizin qaranlıq səhifələrinin araşdırılmasında və bizlərə ərmağan edilməsində bundan sonra da çox işlər görəcəksiniz. Uğurlar Sizin olsun.

Hörmətlə, tarixçi-tədqiqtçı Emin Əzimli. Oğuz rayonu.