ONN İnformasiya Agentliyi

Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək – Dimitriyev

Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək – Dimitriyev
09 Oktyabr 2021 - 13:05

Rusiya sülhməramlıları Qarabağı dörd ildən sonra tərk etmək məcburiyyətində qalacaqlar.

ONN media xəbər verir ki, bunu “Ruskiy oriyentalist” Teleqram kanalının müəllifi, şərqşünas İqor Dimitriyev deyib.

“Dörd il ərzində çox şeylər baş verə bilər, situasiya əhəmiyyətli dərəcədə dəyişəcək. Rusiyanın orada qalmaq üçün hansısa əsası yoxdur. Sülhməramlıların burada yerləşməsi sadəcə Qarabağın ermənilər üçün itirilməsi prosesini daha az ağrılı edəcək.

Bu dörd il ərzində ermənilər Qarabağı tərk edəcəklər, etnik təmizləmə olmayacaq. Rusiya sülhməramlıları Qarabağdan ermənilərin tələsik olmayan, travmatik xarakter daşımayan evakuasiyasını ört-basdır edirlər”, – deyə o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png