Şuşada daha bir erməni əsgərin meyiti tapıldı

Azərbaycan nümayəndələri Şuşada tapılan erməni hərbçisinin meyitinin qalıqlarını qarşı tərəfə təhvil verib.

ONN media  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədən Qarabağda axtarışlar zamanı tapılan erməni əsgər meyitlərinin sayı 1670-ə çatıb.