Şuşada ilk modul tipli xəstəxana açılıb – FOTOLAR

Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.

ONN media xəbər verir ki, Şuşa Modul Tipli Xəstəxana 6 palatadan ibarətdir.

Xəstəxanada təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyyə xidmətləri göstəriləcək.

Bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.