ONN İnformasiya Agentliyi

Şuşada Milli Musiqi Günü keçirildi

Şuşada Milli Musiqi Günü keçirildi
18 Sentyabr 2021 - 16:02

Şuşa şəhərində Milli Musiqi Günü keçirilib.

Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan tədbirdə Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblının Xalq Çalğı Alətləri Orkestri ifasında Üzeyir Hacıbəyli, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və digər bəstəkarların ifaları səsləndirilib.

Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.

Konsert proqramı “Qarabağ şikəstəsi” ilə başa çatıb.

xxx

Bu gün ilk dəfə Milli Musiqi Günü Şuşada keçirilir.

Tədbirdə iştirak edən nümayəndə heyəti xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət ediblər, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.

Hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun heykəlinin ucaldığı parkda baş tutub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png