ONN media

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
17 Oktyabr 2019 - 18:47

“Hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir”.

ONN media xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, təhsil kreditləri bu mexanizmlərdən yalnız biridir, amma yeganə dəstək forması deyil: “Əlavə dəstək mexanizmləri üzərində iş gedir, hesablamalar aparılır, konkret olaraq hansı formada dəstək mexanizmləri olacaqsa, bu barədə növbəti aylarda daha geniş məlumat veriləcək”.

C.Bayramov əlavə edib ki, mövcud qanunvericiliyə əsasən, ali təhsil müəssisələrinin fəaliyyəti təhsil haqqının hesabına təşkil edilir: “Dövlət hesabına təhsil alanların təhsil haqqını dövlət ödəyir.

Son 1 il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artım baş verib. 2019-cu ildə bu cür təhsil alanların sayı 66 faiz artıb. Lakin ödənişli təhsil alan tələbələrin ödədiyi təhsil haqları ali məktəblərin gəlirlərinin böyük hissəsini təşkil edir. Buna görə də ali məktəblər təhsil haqlarından asılı vəziyyətdədirlər.

Təhsil Nazirliyi olaraq ali məktəblərə tövsiyə etmişik ki, təhsil haqqı ödənişlərini dərs ili başlayan zaman birdəfəyə deyil, hissə-hissə ödənilməsinə baxsınlar. Əminəm ki, əksər ali məktəblər məhz bu formada iş qurublar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png