ONN İnformasiya Agentliyi

“Taliban” lideri öldürülüb? – ŞOK SƏS YAZISI

“Taliban” lideri öldürülüb? – ŞOK SƏS YAZISI
14 Sentyabr 2021 - 15:57

Əfqanıstanda idarəçiliyi ələ keçirən “Taliban” rejiminin daxilində parçalanma yaşanır.

ONN media  xəbər verir ki, hakimiyyət uğrunda mübarizənin silahlı toqquşmaya keçdiyi deyilir. Belə ki, bir neçə gün öncə “Taliban” liderlərindən Molla Abdul Qəni Bəradərin tərəfdarları ilə “Haqqani” qruplaşması arasında atışma baş verdiyi, nəticədə Bəradərin öldürüldüyü iddia edilir.

Mövcud hökumətin tərkibi ilə razılaşmayan “Haqqani”lər Prezident sarayına hücum ediblər.

“Taliban” isə deyilənlərin yalan olduğunu, Molla Abdul Qəni Bəradərin hazırda Qəndahar şəhərində olduğunu açıqlayıb. Bunu sübut etmək üçün isə 15 dəqiqəlik səs yazısı təqdim edilib.

Səs yazısında Bəradər olduğunu deyən şəxs özünün və silahdaşlarının yaxşı olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png