ONN İnformasiya Agentliyi

Tanrı qisas günümüzü yaxın etsin!!! CAVİD İSMAYIL YAZIR

Tanrı qisas günümüzü yaxın etsin!!! CAVİD İSMAYIL YAZIR
23 İyun 2020 - 22:56

Əfəndilər!

Son 300 ilə yaxın bir zamana nəzər salanda görürük ki, rusya imperiya maraqları güclü olub və zaman-zaman erməniləri üzərimizə qısqırdaraq Vətənimizi didişdiriblər.

Təkçə XX əsrdə 25-30 il və bəzi hallarda daha az vaxt axınında VƏTƏNimiz param-parça edilib, insanlarımız sürgünə, qətlə məruz qalıb. Bu gün rusyada imperiya maraqları yenə də güclüdür. Xəbis və ümumbəşəriyyət, elə sadə rus xalqı üçün də təhlükəli olan rus şovinizmi alovlanmaqdadır! İndi necə, biz gözləməliyik o maraqlar zəifləsin?! Və ya, hələ neçə yüz illiklər o maraq yenə güclü olacaq və zaman-zaman torpaqlarımızın itirilməsinin şahidləri olacayıq?

Əfəndilər! Bəlkə aramızda olan xırda ümü-küsüləri qırağa qoyub, cılızlıqlardan uzaq durub, içimizdə 5-ci kalon və digər xainlərin maskalanmış simalarını yırtıb, 7dən-70ə vahid amal olan VƏTƏN uğrunda, isməti taptalanmış qız gəlinlərin, doğranmış, diri-diri yandırılmış uşaqların, döşü kəsilən, süngülənmiş analarımızın, yandırılmış qəbirsanlıqlarımızın, dağıdılmış, donuz doldurulmuş məsçidlərimizin, min bir işgəncə ilə, qətlə yetrilmiş Vətən övladlarının, cəmi şəhidlərimizin və Vətənə ümumi basılan dağın qisasını almaq üçün titrəməli, özümüzə dönməli, böyüməli, bu amal uğrunda birləşməli, VƏTƏN! VƏTƏN! VƏTƏN! deyərək bir yerdə Ali Baş Komandanın əmri ilə düşməni süpürüb tarixin keçmişinə gömməliyik?!

TANRI qisas günümüzü yaxın etsin! AMİN!

Cavid İsmayıl

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png