ONN İnformasiya Agentliyi

Tiflisdə qapalı məhkəmə: Saakaşvili mühakimə olunur

Tiflisdə qapalı məhkəmə: Saakaşvili mühakimə olunur
29 Noyabr 2021 - 15:24

Bu gün Tiflis şəhər məhkəməsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsən ilk dəfə iştirak etdiyi məhkəmə prosesi başlayıb.

ONN media  xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Son səkkiz il ərzində, Saakaşvili Gürcüstanda olmayanda hökumət ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı ittihamlar irəli sürüb. Nəticədə qiyabi məhkəmələrdə Saakaşvili təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Saakaşviliyə qarşı daha iki cinayət işi başlanıb.

Bugünkü məhkəmə prosesi 7 noyabr 2007-ci il işi ilə bağlıdır. Mixail Saakaşvili və onun nazirlər kabinetinin üzvləri David Kezeraşvili, Zurab Adeişvili, Qiqi Uqulava və Vano Merabişvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, habelə kütləvi qırğına çevrilmiş xüsusi əməliyyat keçirməkdə ittiham olunurlar.

İşə üç hakimdən ibarət kollegiya baxır.

İclas Gürcüstanın İctimai Televiziyası istisna olmaqla, bütün KİV-lər üçün qapalı keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png