Türkiyə MN-dən Silahlı Qüvvələr Günü paylaşımı

Türkiyə Milli Müdafiə Nazirliyi 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

ONN media xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanlı türk qardaşlarımızın sülhü və təhlükəsizliyi üçün qəhrəmanlıqla və fədakarlıqla xidmət edən, Tək Vətən Əməliyyatı ilə Qarabağdakı doğma torpaqlarını işğaldan azad edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi gününü təbrik edir, hörmətlə salamlayırıq”.