Türkiyə tankları Suriya sərhədinə yığılır – Müharibə başlayır? Video

Türkiyə Suriya ilə sərhəd bölgələrinə zirehli texnika göndərib.

ONN media xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.

Sərhədə göndərilən texnika arasında M60 tankları və M113 zireli transportyorları da var. Hərbi texnika karvanının Şanlıurfanın Ağcaqala bölgəsi istiqamətində hərəkət etdiyi qeyd edilib.

Hərbi karvanı təxminən 130 texnikadan ibarət olub.