ONN İnformasiya Agentliyi

Türkiyə və Pakistandan Azərbaycana növbəti DƏSTƏK

Türkiyə və Pakistandan Azərbaycana növbəti DƏSTƏK
13 Yanvar 2021 - 21:06

Türkiyə və Pakistan Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi məsələsində Azərbaycana növbəti dəfə dəstək veriblər.

ONN media  xəbər verir ki, bu, Pakistanın xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən üçtərəfli görüşün yekun bəyannaməsində əksini tapıb.

“Nazirlər Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar edirlər. Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalırlar”, – bəyannamədə vurğulanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png