Türkiyədə şəhid sayı artdı – SON DƏQİQƏ

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

ONN media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 10 hərbçisi həlak olub, 3-ü yaralanıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.