ONN media

Vətəndən torpaq istəyənə torpaq verək, amma… – Cavid İSMAYIL yazır

Vətəndən torpaq istəyənə torpaq verək, amma… – Cavid İSMAYIL yazır
16 İyul 2019 - 16:04

Cavid İsmayıl – xüsusi olaraq ONN media üçün.

İndi də gürcüləri üzərimizə qızışdıranlar var. Doğrudur düşünürəm ki, təmiz qanlı gürcülər unutmazlar ki, Gürcüstanın 1-ci prezidenti Zviad Qamsaxurdiya dönəmi azərbaycanlılara qarşı törədilən terrorizmə baxmayaraq, məhz ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Gürcüstanla dostluq əlaqələri möhkəmləndi. Müdrik siyasətçi məkrli şeytana imkan vermədi ki, iki xalq arasına atəş düşsün. Təbii ki, burda mərhum Şevarnadzenin də qarşı tərəfdən xidmətləri danılmazdır. Gürcü xalqı tək ortada, soyuqda, istiliksiz, enerjisiz, ərzaq çatışmamazlığı və ən təhlükəli olan dövlətçiliyini itirmə ilə üz-üzə olduğu bir anda, təbii ki yenə də Azərbaycan və azərbaycanlılar gürcülərin köməyinə gəldi. Özümüzdən kəsib dost gürcü xalqına halallıqla yaşam “xətti” verdik! Düşünmürəm ki, təmiz qan gürcü xalqı bunu unuda. Amma tarixdən etdiklərimizin unudulduğu da bizlərə yaxşı bəllidir. Bunu da əsla unutmamalıyıq.

Elə bu yerdə çoxlarının unutduğu, lakin unutmağa və unutdurmağa haqqımızın  olmadığı bir qəhrəmanlıq nümunəsini xatırlatmağı özümə borc bildim. Hələ SSRİ dönəmi Gürcüstanda 1987-ci ildə hərbi xidmət keçən qəhrəman oğlumuz şəhid Rahib Gülmalı oğlu Məmmədovun qəhrəmanlığını. 1987-ci ilin fevral ayının 1-dən 2-nə keçən gecə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində baş vermiş təbii fəlakət zamanı cəsur el oğlumuz böyük fədakarlıq və qəhrəmanlıq göstərərək öz canını qurban verməklə 28 gürcünün canını xilas etmişdir.

Deyirəm talehə bax. Ölümündən bir neçə il sonra, doğulduğu doğma eli Ağdam işğal olacaq, illər sonra uğrunda canını qurban verdiyi gürcülər isə Azərbaycan əsgərinə əl qaldıracaq. Burada məni düşündürən bir sual da var. Görəsən Azərbaycan əsgərinin üzərinə dil uzadanların içində qəhrəman Rahibimizin xilas etdiyi gürcülərdən də olubmu?! Bax biz buyuq! Dostluğa, qardaşlığa canımızı fəda veririk!

İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində gürcülərin  azərbaycanlı sərhədçilərə və Vətən torpağımıza basqını bir daha böyük iblisin ətrafımızda dolandığını göstərir. Yenə də bir-iki dəyərsiz marionet kukla tapıb ortaya atıb ərazimizə göz qoyurlar! Bizlər gərək ərazimizə göz qoyanların gözünü tökək! Bəli, bu gün Azərbaycan güclü dövlətdir. Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətlisidir. Lakin bu yetərli deyil! Çünki qalib ordu sözünü döyüşdə deyib qalib olmalıdır. Bu olmadıqca çaqqallar ətrafımızda ulaşacaq və öz vaxtlarını gözləyəcəklər.

Dəyərli dostlar! Son 200 ildən bir az artıq tariximizə fikir versək görərik ki, daima üzərimizə gəlib bizi param-parça ediblər. Mən isə bir təklif verirəm. Gəlin bizdən torpaq istəyənlərə torpaq verək, amma bir qarış kəfənsiz leşlərini torpağımıza gömmək üçün!
Allah qisas günümüzü yaxın etsin! Qürurumuz olan AZƏRBAYCAN ƏSGƏRİ! ÜMİD SƏNƏDİR ANCAQ!!!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png