ONN İnformasiya Agentliyi

VƏTƏNİ TƏMƏNNASIZ SEVMİŞİK! – QAZİ ANAR MƏMMƏDOVLA MÜSAHİBƏ

VƏTƏNİ TƏMƏNNASIZ SEVMİŞİK! – QAZİ ANAR MƏMMƏDOVLA MÜSAHİBƏ
26 İyun 2020 - 11:30

26 iyun Silahlı Qüvvələr günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qoşun kəşfiyyatı üzrə məzunu olmuş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müxtəlif dövrlərdə kəşfiyyat bölük komandiri, kəşfiyyat bölməsinin kəşfiyyat-rəisi vəzifəsində xidmət etmiş, düşmən arxasında müxtəlif döyüş tapşırıqları həyata keçirmiş, 2015–ci ilin sentyabrın 1–də Vətən uğurunda vəzifəsini yerinə yetirərkən sol qolunu itirən Qarabağ qazisi, Vətənin igid oğullarından biri, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan kapitanı Anar Məmmədov ONN media-nın qonağı oldu. Qəhrəman qazimiz həmsöhbətim oldu və hazırladığımız müsahibəni oxucularımıza təqdim edirəm.

Anar bəy, ilk olaraq qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr günü münasibətilə Sizi təbrik edirəm.

Təşəkkür edirəm. Çox sağ olun. Mən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün heyyətini, o cümlədən dəyərli qazilərimizi, veteranlarımızı, əziz döyüş dostlarımı və bütün xalqımızı təbrik edirəm. Şəhid olmuş qardaşlarımıza da Allahdan rəhmət diləyirəm.

Anar bəy, hərbiçi olmaq arzunuz nə zaman yarandı?

Hərbiçi olmaq arzum uşaqlıqdan yaranıb. Uşaqlıq illərim Qarabağ müharibəsi dövrünə düşdüyündən hərbiçi olmaq istədim. Azərbaycan Ali Hərbi Məktəbinin kəşfiyyat ixtisasını 2001-2005 –ci ildə bitirmişəm. Qardaşımda məndən bir il öncə Azərbaycan Ali Hərbi Məktəbə qəbul olunmuşdu və mən daha da həvəsləndim. Lakin valideyinlərim istəmirdilər ki, mən hərbiçi olum qardaşım qəbul olduğu üçün. Sənədlərimi gizli şəkildə toparlayaraq verdim və qəbul olundum. Valideyinlərim bundan sonra narazıçılıqlarını bildirsələrdə artıq çox gec idi.

Vətənpərvərlik hissi sizin üçün nə ifadə edir?

Vətənpərvərlik ilk öncə insanın içində olmalıdır sonra tərbiyə gördüyü ailə də, təhsil aldığı ocaqlarda və işlədiyi kollektivdə hiss edilməlidir. Mən söylərdim ki, insan içindəki Vətənpərvərliyi peşəsi ilə göstərməlidir hərbiçi əlində silahla Vətəninə xidmət etməlidir, müəllimi müəllim kimi, polisi polis kimi, digər peşə sahibləridə eyni qaydada. Mən vurğulamaq istərdim ki, bir çox insan deyir ki, “Vətən sərhəddən başlayır” amma mən bu sözlə razı deyiləm. Vətən insanın qəlbindən başlayır, sərhəddə duran əsgərlərimiz, mərkəzdə yaşayan insanlarımız, dünyanın bir çox yerində yaşayan həmvətənlərimiz Vətəni öz qəlbində görməli və yaşamalıdır. Vətəni elə sevəməlidirlər ki, harada olduqlarına baxmayaraq Vətən eşqini hiss etməlidirlər. Vətən sevgisi sərhədsizdir.

Ölümü gözə alaraq yaşamaq həm özünüzə, həm də, ailənizə çətin olmurdumu?

Əlbətdə ki, biz ölümü gözə alaraq yaşayırıq. Bu peşəni seçərkən bilirik ki, sonunda ölüm var, biz baş verəcək hər şeyi gözə almışıq. Vətəni sevməyən insan ola bilməz ailəsini sevə bilməz, yaxınlarını sevə bilməz, heç kimi sevə bilməz. Hər insanın doğulub yaşadığı yer Vətəndir. Mən elə düşünürəm ki, elə insan yoxdur onun Vətəni olmasın. Biz Vətəni təmənnasız sevmişik, anamızı necə seviriksə Vətənimizidə elə sevmişik. Buna görə biz Vətəni qorumaq peşəsini hər şeydən üstün tutmuşuq. Biz əlimizə silah alarkən bilmişik ki, sonunda şəhadət olacaq. Biz döyüş tapşırıqlarında iştirak etmişik, mən düşmən arxasına keçərkən hər şeyi unudurdum, niyə? Çünki bizim orada sağ qalmağımız bir faiz ola və ya olmaya. Qayıtmaq şansımız demək olar ki, çox azdır.

Aprel döyüşləri bizə nə qazandırdı və insanlarımıza necə təsir etdi?

Birinici Qarabağ müharibəsindən sonra bizim insanlarda ruh düşkünlüyü oldu və orduya inam itdi. Ordunun heç bir günahı yox idi. Orada döyüşən insanların heç bir günahı yox idi. Əsarətdən yeni çıxmış bir millətidik. 20 Yanvar hadisələrində millətin gözünü bir qırdılar ondan sonra Qarabağda çaxnaşmalar yaratmağa və s. Bundan sonra biz təminat az olduğu bir zamanda müharibəyə başladıq. Həm təminat az idi, həm də, kadırlar yox idi. Hərə öz batalyonunu irəli atmışdı onunla döyüşə daxil olurdu. Komandir yox idi. Və bu da, torpaqların iyirmi faizinin itirilməsinə gətirib çıxardı. Əgər döyüşməsəydilər torpaqlarımızın iyirmi faizi qalacaq, səkksən faizi itiriləcəkdi. Komandirlərinin olmasına baxmayaraq döyüşdülər və torpaqlarımızın bir hissəsi itirilsədə digər hissələri qaldı. Azərbaycan ordusu son illərdə dünya orduları sırasında ən öndə olan və güclü ordusu sırasındadır. 2016 –cı ilin aprelində baş verən döyüşlərdə Azərbaycan ordusu həqiqətən öz gücünü, qüvvətini göstərdi. İtirilmiş torpaqların bir qismi qaytarıldı. Bu insanlar arasında orduya qarşı inamı daha da gücləndirdi. Hal-hazırda müraciətlərin sayıda çox olur həm hərbiçi olmaq , həm zabit olmaq və ya hərbi qulluqçu olmaq üçün. Çox müracətinlərin olması nümunədir ki, insanlarımızın orduya rəğbəti artıb.

Vitse-spiker Adil Əliyevin şəhidlərin şərəfi və ləyaqətinin qorunması yönündə çıxışına münasibətinizi bilmək istərdim…

Bilirsiz ki, son vaxtlar Azrbaycanı sevməyən qara qüvvələr qazilər, şəhidlər, Azərbaycanın Milli Qəhramanları barəsində mənfi rəylər yazdılar və buda insanlarımız və dövlət adamları arasında birmənalı qarşılanmadı. Vitse-spiker Adil Əliyev Milli Məclisdə bu barədə çıxış etdi, qəti sürətdə çalışdı ki, yazılan rəylərlə bağlı qanun layihəsinin hazırlansın. Təhqir edici rəylər yazanlar qanun qarşısında cavab versin. İnşallah bu qanun layihəsi hazırlanar və qüvvəyə minər hər kəs öz yerini bilər. Nə şəhidlərimizə, nə qazilərimizə , nə də şəhid ailələrinə dil uzatmazlar.

Son olaraq gənc hərbiçilərimizə və hərbiçi olmaq arzusunda olan gənclərimizə tövsiyələriniz nələrdir?

Son olaraq demək istərdim ki, peşəsindən, vəzifəsindən, rütbəsindən aslı olmayaraq Vətənlərini təmənnasız sevsinlər, Vətənə bağlı olsunlar. Vətəni sevmək imandan gəlir, Vətəni elə sevməlisən ki, ondan başqası güc gəlməsin. Hərbiçi olmaq şərəfli vəzifədir, çünki bu milləti sən qoruyursan. Deyirlər ki, insanlar ilk öncə ev tikəndə onun hasarını çəkirlər nəyə görə? Çünki təhlükədən qorunmaq üçün doğrudurmu…!? Bizim hasarımız, bizim hərbiçilərimizdir sərhəddə duran hərbiçilərimizdir. Onlar bizləri qoruyurlar, onlar Vətəni qoruyurlar… Ən şərəfli peşədir hər kəsə uğurlar arzu edirəm.

Anar bəy, müsahibə üçün Sizə təşəkkür edirəm.

Səidə xanım Sizə və ONN İnformasiya Agentliyinin bütün əməkdaşlarına təşəkkür edirəm. Bizi diqqətdə saxlayırsınız, fikirlərimizi öyrənir və oxuculara çatdırırsız, sağ olun.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png