ONN İnformasiya Agentliyi

“Vətən yaşasın!” – Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır

“Vətən yaşasın!” – Turan Araşdırma Mərkəzi layihəsinin                                                   icrasına başlayır
03 İyul 2020 - 10:30

ONN medianın Turan Araşdırma Mərkəzi” İB-dən aldığı məlumata əsasən  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi qrant müsabiqəsində qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB olub.

TAM-ın qalib gəlmiş “Vətən yaşasın!” layihəsi çərçivəsində görüləcək əsas iş  “Vətən yaşasın” adlı sənədli filmin çəkilişidir. Layihənin icrasına  iyulun 1-dən  artıq start verilib. Üç ay müddətində icra edilməsi nəzərdə tutulan layihə cari  il oktyabrın 1-də başa çatacaq.

Film vətənpərvərlik mövzusundadır. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında  Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük rolu  var. Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl həyat və  igidlik  məktəbidir.

Filmdə əsas məqsəd ermənilərlə savaşda qəhrəmanlıq nümunəsi göstərmiş Vətən oğullarının tanıdılmasıdır. Hazırda  hər gün cəbhə bölgəsində düşmən tərəfindən atəşkəs bir neçə dəfə pozulur. İgid Azərbaycan əsgəri kimi yerli sakinlərimiz də qəhrəmanlıq göstərərək düşmənlə üzbəüz ərazidə qorxmadan  yaşayır, yaradır, öz həyatlarına davam edirlər.

Film   Tərtər, Goranboy, Füzuli, Ağdamda çəkiləcək. Bu  ərazilər cəbhə bölgəsi, təmas nöqtəsidir.

Layihənin icrası üçün çəkiləcək film geniş tamaşaçı auditoriyasına  təqdim ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png