Valeri Meladze sevərlərinə SEVİNDİRİCİ XƏBƏR

Rusiyalı müğənni Valeri Meladze Bakıda konsert verəcək.

ONN media xəbər verir ki, konsert 28 noyabr saat 20:00-da Bakı Konqres Mərkəzində baş tutacaq.

Konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 35-350 manat arasında dəyişir.

Qeyd edək ki, sevilən ulduz Valeri Meladzenin solo konserti pandemiya səbəbi ilə 29 noyabr 2020-ci il tarixindən 28 noyabr 2021-ci il tarixinə keçirilib.