Vergi işçisi olmaq şərəflidir, onu dərk etmək lazımdır!-Cavid İSMAYIL yazır

Zənnimcə dünyada elə  peşə və  ixtisaslar var ki, onlar
olmasa həyat yenə də öz axarı ilə davam edər. Lakin elələri də var
ki, onlarsız dünyamızı təsəvvür etmək qeyri mümkündür. Bu gün bizim müstəqil  dövlətimiz
var, bu gün hər birimiz qürurla müstəqilliyimizdən danışırıq, bu gün göylərdə
dalğalanan üçrəngli müqəddəs bayrağımızı, Vətənimizin günbəgün
artan  inkişafını gördükçə  fərəh hissi keçiririk və
keçirməliyikdə.

Torpaqlarımız işğal altındadır və  biz  hər gün o
müqəddəs savaş üçün hazırlaşırıq.  Hər gün Silahlı Qüvvələrimizin
inkişafını, gücünün  və qüdrətinin artdığını gördükçə qürurlanırıq.
Regionda və dünyada bir çox layihələr var ki, müstəqil Vətənimiz olmadan o
layihələrin gerçəkləşməsi qeyri-mümkün olardı. Regionlarımızın sosial inkişafı,
yeni iş yerlərinin açılması və ümumiyyətlə iqtisadi tərəqqimiz  bizim
gücümüzün və qüdrətimizin artmasının göstəricisidir.

Bu gün bütün dünyada olduğu kimin Azərbaycanda da koronivirusa qarşı məqsədyönlü
mübarizə aparılır. Doğrudur həkimlərimizin  insanlarımızın
sağlamlığının müdafiəsində durması əvəzedilməzdir. Lakin  bütün bu
proseslərin sütununda dövlətin apardığı doğri siyasi xəttin nəticəsində yaranan
iqtisadi qüdrətimiz  durur. Məhz bu siyasi kursun aparıcı xəttinin
birindən söz açmaq istəyirəm.

Dövlətimizin həmişə var olması, bayrağımızın həmişə qürurla dalğalanması,
ordumuzun daha da qüdrətli olması, elmin, təhsilin, səhiyyənin inkişafı, bir
sözlə dövlətimizin yaşaması üçün ən vaciblərindən biri onun onurğa sütunu olan
vergi sistemi və gecəli-gündüzlü şərəf və ləyaqətlə dövlətinə xidmət edən vergi
peşəsi və vergi işçiləri haqqında söz açmaq istəyirəm.

Heç  kimə  sirr  deyil  ki,  kökü
ta qədimlərə gedən vergi münasibətləri olub.

Lakin oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanda vergi
xidməti 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə
parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi
Müfəttişliyinin təsis olunması ilə yaradılıb. 1920-1991-ci illərdə Azərbaycan
SSRİ-nin tərkibində olduğundan, vergi məsələləri Sovet İttifaqının vergi
qanunları ilə tənzimlənirdi. İkinci dəfə müstəqillik əldə etdikdən sonra
Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və
vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi
qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət
nəzarətinin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi
xidməti yaradıldı. 1991-ci ilin oktyabrında nəzarət sisteminin
təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin müstəqil
fəaliyyətinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin
tərkibindən çıxarıldı və müstəqil orqan – Azərbaycan Respublikası Baş Dövlət
Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başladı. 

Daha sonrakı illərdə cəmiyyətimiz inkişaf etdikcə, ölkədə iqtisadi
islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının
təkmilləşdirilməsinə zərurətin yaranmasına gətirib çıxartdı. Elə bu baxımdan
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin
inkişafı üçün vergi sisteminin yenidən qurulmasına başlanıldı və həyata
keçirilən islahatların ilk mərhələsi ulu öndər tərəfindən Dövlət Vergi
Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın
qəbul edilməsi oldu. Bu məqsədlə 11 fevral 2000-ci il tarixli prezident fərmanı
ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edildi, onun bazasında Vergilər
Nazirliyi yaradıldı.

Ümummilli lider Heydər Əliyevin vergi
sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların nəticəsi
olaraq, dövlətimizn qüdrəti ilbəil artmağa başladı.

Vergi işçilərinin əməyinin qiymətləndirilməsi,
fəaliyyətinin stimullaşdırılmasına və ümumiyyətlə Vergi işçilərinə ən yüksək
qiyməti prezident İlham Əliyevi 1 fevral 2005-ci il tarixdə imzaladığı
Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə
bayramının  təsis olunması haqqında müvafiq sərəncamla vermiş oldu.

Ümumilikdə
təhqir yolverilməz olsa da, bəzi özünü bilməzlərin  bütün etik
davranış normaların ziddinə gedərək dövlətin onurğa sütunu sayılan, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan, Vətənimizin müstəqilliyinin qarantlarından biri olan Vergilər Nazirliyinin şəxsi heyətini açıq şəkildə ağır təhqir etməsini
dövlətə, dövlətçiliyə, ümummilli lider Heydər Əliyev siyasi kursuna eyni zaman
da cənab prezident  İlham Əliyevə xəyanət kimi dəyərləndirirəm.

Qoy
belələri anlasınlar ki, vergi işçiləri, çox ağır və eyni zamanda
şərəfli peşənin təmsilçiləridir. Onlar gecə-gündüz demədən dövlətə  xidmət
edirlər. Gün ərzində  3-4 saat yatan, evdə uşaqlarına az vaxt ayıran,
qohum-əqrabanın  xeyir-şərində iştirak edə, övladının əlindən tutub
bağçaya və ya məktəbə apara bilməyən, bayram günlərini belə doğmaları ilə
evlərində deyil, iş başında keçirəndir VERGİ İŞÇİSİ! VƏ  VERGİ
İŞÇİSİNİN  BİR MƏQSƏDİ  VAR! DÖVLƏTƏ
XİDMƏT!  Əminəm ki, hər bir vergi işçisi bilir ki, onun cırmaq-cırmaq
dövlət büdcəsinə səfərbər etdiyi vergilərin hesabına Vətən bayrağı ucalarda
dalğalanır, ordumuzun qüdrəti daha da artır, insanlarımız əmək haqqı, pensiya
və s. alır. Bu pandemiya günlərində də  vicdan və
şərəflə  tam gücü ilə  dövlətə ləyaqətlə
xidmət  edirlər. Bundan şərəfli nə ola bilər ki?

Əziz Vergi
əməkdaşları, ən başlıcası odur ki, sizin qiymətinizi ümummilli lider Heydər
Əliyev və prezident İlham Əliyev verib. 

Bütün Vergi
işçilərinə, o cümlədən vergidə çalışan şəhid ailələri, Qarabağ savaşı
veteranları və qaziləri, elm adamları, mərd, igid və cəsarətli xanımlar olmaqla
hər birinə öz şərəfli işlərində uğurlar arzu edirəm. Bu sistemdə işləyib
dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm.


unutmayın, siz Vətən uğrunda fəaliyyət göstərən şərəfli peşə
sahiblərindənsiniz.

Bu mənim bir Vətəndaş baxışımdır ki, oxucularımla bölüşməyi özümə borc bildim.

Cavid İSMAYIL