ONN İnformasiya Agentliyi

“WhatsApp”da yeni funksiya

“WhatsApp”da yeni funksiya
25 Noyabr 2021 - 14:20

“WhatsApp” sosial şəbəkəsində yeni funksiya işə salınıb.

ONN media xəbər verir ki, funksiya beta versiyada ortaya çıxıb və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq. Bu funksiya istifadəçiyə mövcud olan şəkillərdən stikerlər yaratmaq imkanı verir.

Hazırda yalnız PC versiyası stikerlər yarada və əlavə edə bilər. Yeniliyin əvvəlcə “Android” əməliyyat sisteminin istifadəçiləri, daha sonra isə “iPhone” sahibləri üçün əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, bu funksiya teleqram messencerində artıq mövcuddur. Teleqramdan fərqli olaraq, vatsapda şəkli fondan ayırmağa, kəsməyə və ya çevirməyə imkan verən tamhüquqlu redaktor olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png