ONN media

“WhatsApp”da YENİLİK – Mesajlarınıza görə arxayın ola biləcəksiniz

“WhatsApp”da YENİLİK – Mesajlarınıza görə arxayın ola biləcəksiniz
02 Noyabr 2019 - 20:28

“WhatsApp”-ın Android versiyasına barmaq izi xüsusiyyəti əlavə edilib.

ONN media xəbər verir ki, “WhatsApp” iOS-da tətbiq etdiyi barmaq izi ilə bağlam xüsusiyyətini Android tətbiqi üçün də istifadəyə verib. “Barmaq izi kilidi” funksiyası “WhatsApp”-ın Androiddəki 2.1.222 versiyası ilə birlikdə istifadəyə verilib. Artıq bütün Android cihazlara “WhatsApp”-ım yeni versiyasını yükləyərək yeni funksiyadan istifadə etmək mümkündür. Yəni bundan sonra “WhatsApp”-a ancaq barmaq izi ilə daxil olmaq mümkün olacaq.

Funksiya aktivləşdirildikdən sonra daha heç kim sizin “WhatsApp”-nızı açıb mesajlara baxa bilməyəcək. Bunun üçün tətbiqin nizamlanmasına daxil olaraq “barmaq izi kilidi” funksiyasını aktivləşdirməlisiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png