ONN İnformasiya Agentliyi

“WhatsApp”dan YENİLİK: seçib göndərəcəyik…

“WhatsApp”dan YENİLİK: seçib göndərəcəyik…
03 İyul 2021 - 22:31

Məşhur messencerlərdən olan “WhatsApp”da istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.

ONN media  xəbər verir ki, bu barədə “Wabetainfo” məlumat yayıb.

Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq. İstifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: “Avto” (tövsiyyə edilir), “Ən yüksək keyfiyyət” və “Məlumatların qənaəti”.

Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır. Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android” mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png