ONN İnformasiya Agentliyi

Yağışlı havada işıqforlar niyə işləmir? – DYP-dən AÇIQLAMA

Yağışlı havada işıqforlar niyə işləmir? – DYP-dən AÇIQLAMA
24 Noyabr 2020 - 9:34

Paytaxtda yağış yağanda bir sıra ərazilərdə işıqforlar işləmir.

Bunun səbəbi barədə danışan Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib normadan artıq yağan yağışların naqilləri islatması üzündən bəzi ərazilərdə problemlər yaşana bilir: “Heç kim təbiətin şıltaqlığından sığortalanmayıb. Bir neçə gün öncə də normadan artıq yağışın yağması xeyli problemlər yaratdı. Dünyanın hər yerində təbiət hadisələri baş verir. Paytaxt Bakıda yağış sularının buraxılma qabiliyyəti üçün normal səviyyədə, standartlara uyğun borular qoyulub. Bəzən isə normadan artıq yağış yağdıqda bəzi yerlərdə borular dolur, su axınını çəkə bilmir.

Mütəxəssislər də daha düzgün, daha dolğun cavab verə bilər. Ancaq mənim fikrimcə, normadan artıq yağış yağması istər-istəməz naqillərin də islanması, kanalizasiya sisteminin dolub-daşmasına səbəb olur. Yol hərəkətində normadan artıq maşın olanda, cərgələnmə qaydaları pozulanda maşınlar sırasında da sıxlıq olur. Təbiət hadisələrinə hazır olmalıyıq, bunun nöqsan olduğunu düşünmürəm. Belə vəziyyətlər yaranarsa, ondan çıxış yolunu tapmaq lazımdır. Buna da hazırıq”. (musavat.com)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png