Yoluxanların sayı yenə artdı – SON DƏQİQƏ

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1850  yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 14 nəfər COVID-19-dan dünyasını dəyişib.