ONN İnformasiya Agentliyi

Yunus Oğuza atılan qara böhtanlar

Yunus Oğuza atılan qara böhtanlar
16 Dekabr 2019 - 10:05

Bir neçə gün öncə, tanınmış yazışı-publisist, dəyərli Vətən oğlu Yunus Oğuzun ard-arda profilindən iki status getdi. Bunlarla sosial şəbəkədən və bəzi mətbu orqanlardan tanış olmusunuz yəqin. Bu statusları  oxuyarkən zatən bildim ki, bu statusu Yunus bəyin özü yazmaz. Eyni zamanda onu yaxşı tanıyanlar da bunu bilərək elə oradaca rəylərdə profilin oğurlandığını və Yunus bəyin adından yazıldığını iddia etdilər. Profili oğurlayanlar istədikləri şərhləri saxlayır istəmədiklərini silir və Yunus bəyin adından şərhlər yazılırdı. Dərhal müəyyən dostlar tərəfindən profilə çətin də olsa daxil olmaq mümkün oldu. Və eyni zamanda profili necə və hardan kimlər tərəfindən ələ keçirildiyini dəqiqləşdirmək üçün dərhal işlər aparıldı və  öz nəticəsini verdi.

Siz fikir verin, Yunus Oğuzun profili oğurlanır, ilk məlum status yazıldıqdan 2 saniyə sonra dərhal Amsterdam və Fransadan Yunus Oğuzu qaralama məqsədilə saxta profillərdən palaz-palaz yazılar dərc edilir. Və belə davam edilir. Bu qaraguruh tör-töküntülər, xaricdə oturub, xaricdən maliyyələşən Vətənə və Dövlətçiliyə qənim kəsilən Vətənə dil uzadanlar heç qoymadılar statusdan ən azı yarım saat keçə. Dərhal əvvəlcədən hazırladıqları yazıları iki saniyə sonra sosial şəbəkələrə və yutub kanalına ötürdülər.

Bu statuslardan  bir neçə gün sonra  bunları yazanlar, bunları yazdıranlar haqda tam dəqiq və səlis məlumat alındıqdan sonra bunu yazmaq qərarına gəldim. Çünki o adamlar düşündülər ki, elə qapı açıqdır daxil ola bilərik. Ay zavallılıar!

İndisə qeyd edim ki, Yunus bəyin, Vətəninə və Dövlətçiliyə bağlı, Vətən eşqilə döyünən qəlbə malik olan dəyərli bir Vətən oğlu olması bizlərə yaxşı məlumdur.

Yunus Oğuz SSRİ kimi qanlı və amansız imperiyaya qarşı mübarizə aparan öncüllərdən və eyni zamanda müasir dövlətimizin qurulmasında çox fəal iştirak edənlərdəndir. Və o çağdaş tariximizin siyasi arenasında hələ XX əsrdən tanınmaqdadır. Doğrudur indi xaricdə oturub, qara əllərdən maliyyələşən və Vətənə dil uzadanlar bunları anlamaz. Çünki Yunus Oğuz qanlı imperiyanın sərhədləri daxilində yaşadı və ona qarşı mübarizə apardı. Sizlər isə xaricdə hər gün bir misterin qucağında oturub, onların buraxdıqları hava ilə qidalanırsınız.

Bu iftiralarda əsas hədəflərdən biri də onun kitabları oldu. “Nadir şah”, “Qədim Anadolu və Azərbaycan türkləri”, “Şah arvadı və Cadugər” , “Səfəvi şeyxi”, “Türkün gizli tarixi”, “Əmir Teymur dünyanın hakimi” və s. olan kitabları. Bu o tarixi romanlardır ki, Yunus Oğuz tarixin dərin qatlarında uyuyan, şanlı səhifələri üzə çıxardaraq məhs bu tarixi romanlar vasitəsilə yeni nəfəs verərək yaşatdı, insanlarımıza yenidən zəfər və şərəf tariximizi çatdırdı, milli kimliyimizi təqdim etdi. Bu əsərlərin erməni kimi şərəfsizlərə və erməni pərəst yaramazlara od qoyduğunu bilirdim, bəs sizi nədən narahat edir ey qərbdə mister havası udanlar?! Əslində sualın cavabı çox sadədir. Və bunu hər birimiz bilirik.

Və bir şeyi anlamaq lazımdır ki, Yunus Oğuz hər zaman dövlətinin yanında olub və bunun daim  belə olacağına əminəm. Əminəm ki, dövlətçiliyi haçan darda və təhlükədə olsa Yunus bəy daim dövlətinin və dövlətçiliyinin qorunması üçün yanında olacaq və hətta ailəsinin belə taleyini düşünmədən daim Vətənin yanında olacaq.

Bunun məhz bu ərəfədə qaynaqlanması da aydındır və eyni zamanda bir neçə gün əvvəl sosial şəbəkələrdə Yunus bəyi millət vəkili görmək istəyənlərin aktivliyini görən, Heydər Əliyev siyasətinə və prezident əleyhinə olan xaricdən qidalanan mayası xarablar tərəfindən Yunus bəyin profili ələ keçirilərək dəyərli bir Vətən oğluna güya öz aləmlərində qarayaxma kompaniyası aparmaqla nəyəsə nail olmaq istəyirlər.

Təbii ki, bu alınmaz. Əslində görün nə qədər çürük və hürkəksiniz ki, Vətən keşiyində, milli bir insanın Dövlətçiliynin gecəli-günüzlü qoruyucusu olan, Heydər Əliyev dövlətçilik ənənəsinin güclənməsində daima xidmətdə olan birindən belə üyüdürsünüz.

Cavid İSMAYIL

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png