Zəngəzurda etiraz aksiyasının qarşısı alındı

Ötən gün axşam saatlarından Zəngəzurda başlayan və qarşıdakı günlərdə də keçirilməsi nəzərdə tutulan etiraz aksiyasının qarşısı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən alınıb.

ONN media Ermənistan mediasına istinadən xəbər verir ki, aksiyaçılar Zəngəzur dəhlizinin açılmasına etiraz ediblər.

Onlar hökuməti Naxçıvana dəhliz açmaqda suçlayıblar. Etirazçıların Robert Koçaryanın tərəfdarları olduğu bildirilir.

Polisin aksiyadan foto və video paylaşan etirazçılara xəbərdarlıq etdiyi vurğulanıb.

Qeyd olunub ki, onlar Zəngəzurun önəmli nöqtələrinin görüntülərini çəkməklə Azərbaycan tərəfinə koordinat ötürürlər. Etirazçılar isə bunu polisin “sadəlövh və incə bəhanəsi” adlandırıblar.