ONN İnformasiya Agentliyi

Məhəmmədhüseyn Şəhriyar

Məhəmmədhüseyn Şəhriyar
18 Yanvar 2019 - 10:52

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmamışdır. O, 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı. Artıq 20-ci illərin ortalarından etibarən istedadlı bir gənc şair kimi tanınırdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur.

M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz “Heydərbabaya salam” poeması olmuşdur. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur.

M. Şəhriyarın “İçərdə”, “Aman ayrılıq”, “Yalan dünya” əsərləri oxucuları tərəfindən sevilir.

Məhəmmədhüseyn Şəhriyar 1988-ci il sentyabrın 18-də Təbrizdə vəfat edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png