ONN İnformasiya Agentliyi

Nizami Gəncəvi

Nizami Gəncəvi
30 İyul 2019 - 23:53

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi Yusif ibn Zəki oğlu 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır.

Nizami Gəncəvi təhsilin Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini , astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncə də yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.

Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır.

Azərbaycan türk ədəbiyyatının böyük şairi Nizami Gəncəvi bütün əsərlərində islami dəyərlərin şərhinə geniş yer vermiş, uca Allahın (c.c) müqəddəs kitabında olan buyuruqları bədii bir biçimdə açıqlamış, insanların bu ilahi dəyərləri qavraması, bu ilahi ölçüləri qəbul etməsi üçün çeşidli vasitələrdən istifadə etmişdir.

Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir.

Nizaminin ilk poeması :

“Sirlər xəzinəsi” (1174) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqaləni və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur

“Leyli və Məcnun” poeması -1188-ci ildə yazılıb. Onun əsasında qədim ərəb əfsanəsi “Leyli və Məcnun” – “Məcnun” adı verilmiş .Qeys adlı gəncin, gözəl Leyliyə nakam məhhəbəti dayanır. 1192-ci ildə poema Əbu əl-Müzəffər Şirvanşaha həsr olunmuşdur. Poema 4600 beytdən ibarətdir. Bu romantik poema “udri” jandrında yazılıb. Udri janrında yazılmış poemaların süjeti sadədir və qarşılıqsız məhəbbətin ətrafında cərəyan edir. Udrinin

qəhrəmanları yarıuydurma – yarıtarixidir, və onların davranışları digər romantik poemaların qəhrəmanların davranışlarına bənzəyir. Nizami ərəb-bədəvi əfsanəsini farslaşdırmış, onları fars əsilzadələri kimi təqdim etmişdir. O eyni zamanda süjetin inkişafını şəhərə köçürmüşdür və bir neçə fars motivi əlavə edərək, rəvayəti təbiət təsvirləri ilə bəzəmişdir.

“Yeddi Gözəl“ poeması -1197-ci ildə yazılıb. Poema Maragi Ala Al-Din korp A rslana həsr olunub. Poemanın adını “Yeddi portret” kimi və ya “Yeddi Gözəl ” kimi də tərcümə etmək olar, və bu da metaforik məna daşiyacaq. Əlbəttə, Nizami qəsdən poemaya ikimənalı ad verib ki, sözləri oynada bilsin. Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörək pulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi.

“Xosrov və Şirin”poeması- (1180) Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz dogma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi – İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını “həvəsnamə” kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir , şairə dogma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himni yaratmışdır . Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəman kimi təqdim edilmişdir.

İsgəndərnamə poeması – 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.

İyirmi min misraya yaxın olan “İsgəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsəri üçün qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaratmışdır. İsgəndər bir imperator, peyğəmbər, filosof olduğu qədər də, bir aşiqdir. Onun hər hansı hərbi və siyasi qələbəsi belə mütləq könülə aid bir eşqin qələbəsi bir toyla tamamlanır.

Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan (“Xosrov və Şirin”) Bəhram Gura (“Yeddi gözəl”) və İskəndərə (“İskəndərnamə”) doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə “İqbalnamə” də (“İskəndərnamə”nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami Gəncəvi 1209 cu ildə Gəncə şəhərində ürək xəstəliyi nəticəsində vəfat edir.

Dəfn olunduğu yer Nizami məqbərəsi , Gəncə şəhəri.

Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan edilmişdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png