ONN İnformasiya Agentliyi

Bürclər hansı psixoloji problemlərdən əziyyət çəkirlər?

Bürclər hansı psixoloji problemlərdən əziyyət çəkirlər?
30 Mart 2024 - 10:27

Astroloqlar, bürclərin hansı psixoloji problemlərdən əziyyət çəkdiklərini açıqlayıblar.

ONN media xarici KİV-ə istinadən sözügedən açıqlamanı təqdim edir:

Qoç bürcü

Bu bürcün nümayəndələri son dərəcə şübhəci insanlardır. Onları paranoid şizoferinə yaxın da hesab etmək olar.

Buğa bürcü

Bu bürcdən olan adamlar hədsiz duyğusal olduqları üçün digər bürclərlə müqayisədə daha tez depressiyaya meyl edirlər. Diqqətlərini gündəlik işlərinə yönəldə bilmirlər və uzun müddət üzgün halds yaşamağa davam edirlər.

Əkizlər bürcü

Həyatı eniş-yoxuşlarla dolu olan əkizlər bürcündə psixoloji problem mütəmadi olur. Onlar daima depressiyaya düşə və bununla da özlərinə ziyan verə bilərlər. Bu səbəblə də onların ətraflarındakı adamlarla əlaqələri tez-tez pozulur.

Xərçəng bürcü

Bu bürcdən olanlar daimi narazılıq edirlər və bilinməyən bir şey axtarırlar. Daim diqqət çəkmək istədikləri üçün histrionik şəxsiyyət pozğunluğuna meyllidirlər.

Şir bürcü

Şir bürcünün sağlam psixologiyasının pozulması sadəcə bir ehtimalıdır. Bu bürcün psixoloji pozğunluğu narsisistlikdir. Özünü başqalarından üstün tutmaqla məşğuldur, bunun ətrafdakılara və özünə də zərər verdiyini görmür.

Qız bürcü

Həyatı həddən artıq qaydalar çərçivəsində yaşamaq və emosional sərtlik…Bu bürclər obsesif kompulsiv pozğunluğuna meyl edir. Onun həddindən artıq nizam-intizam istəyi və zamanla sərtləşən duyğuları psixologiyasını bərpa olunmaz şəkildə pozmağa səbəb ola bilər.

Tərəzi bürcü

Həmişə fərqli əhval-ruhiyyə onları bipolyar əhval pozğunluğuna, yəni manik depressiv pozğunluğa meylli etdirir. Emosional çaşqınlıq güclənsə həddən artıq qəzəblənə bilər.

Əqrəb bürcü 

Əqrəb bürcünün həddindən artıq qısqanclığı şizofreniya kimi qəbul edilə bilər, lakin bu bürcün ən bariz xüsusiyyəti aldatma qorxusudur. Buna görə də, əqrəbin psixoloji xəstəliyi “Otello sindromu” adlanır. Bu vəziyyətdə qısqanclıq vəziyyətini patoloji olaraq müəyyən etmək mümkündür. Partnyorunun ona xəyanət etdiyindən şübhələnir və bunu sübut etməyə çalışır. Bu da onların həyatlarını məhdudlaşdırır.

Oxatan bürcü

Bu bürcün nümayəndələri çox həssas olduqları üçün asanlıqla panik atak keçirə bilirlər. Daimi narahatlıq və qorxu hiss etməyə başlayan Oxatanlar zaman zaman özlərini xaosa sürükləyə bilirlər.Oğlaq bürcüBir çox şeyə sahib olmadıqları halda, var olduqlarını sübut etmək Oğlaq bürcünün megalomanik şəxsiyyətinə işarədir.

Dolça bürcü

Dolça daim planların ardınca getdiyi üçün diqqətini başqa bir şeyə cəmləyə bilmir. Buna görə də onlar hiperaktivlik və diqqət çatışmazlığı üçün potensial namizədlərdir. Hisslərini idarə etməkdə çətinlik çəkir.  O, hadisələrə və vəziyyətlərə qəfil reaksiya verərək, asanlıqla U dönüşü edə bilər.

Balıq bürcü

Balıqlar həddindən artıq emosional olduqları üçün ədalətsizliyə dözə bilmirlər və böyük depressiyaya meyllidirlər. Kədərlərini dərindən hiss edirlər. Bu hal yorğunluq, tənbəllik, həddindən artıq əsəbilik və motivasiya pozğunluğu şəklində özünü göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png