Günün qoroskopu: Çoxdan bəri yarımçıq qalmış işi tamamlayın
ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - Ünsiyyət üçün uğursuz gündür. Yaxınlarınızla dil tapmaq üçün göstərdiyiniz bütün səylərlə rəğmən qarşılıqlı anlaşma gərəkli səviyyədə deyil. Buğa - Fikir və mövqelərinizi maksimum dərəcədə həssas, səbirli formada bildirin. Tənqidlərə sərt reaksiya verməyin. Köhnə dostların məsləhətlərinə qulaq assanız, kobud səhvlərdən qurtula bilərsiniz. Əkizlər - Maliyyə baxımından əlverişli deyil. Bədxərclik etməyin. Gəlir ehtimalı azdır. Ailə üzvlərindən biri ilə bağlı üzücü xəbər ola bilər. Xərçəng - Çox əlverişli, harmonik və rahat gündür. Özünüzü yaxşı hiss edəcəksiniz. Xoş əhvalınızı pozmayın. Yaxın ətrafınızdakı insanları da sevindirməyə çalışın Şir - Qəfil, amma çox cazibədar təklifin alınması mümkündür. Günün ikinci yarısı funksional olmasa da, gözəl əşyanı almaq üçün əlverişlidir. Qız - Uzunmüddətli planlar qurmaq olar. Amma bu planlar barədə yaxın ətrafınızdakı insanlara müfəssəl məlumatlar verməyin. Tərəzi - Qurmağa başladığınız planın reallaşma şansı az deyil. Qeyri-adi, hətta ekstravaqant əşyalar almaq olar.
