Günün qoroskopu: təmaslarda, danışıqlarda, ünsiyyətdə təşəbbüskar olun
ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - qızğın müzakirələrə və narahatlığa səbəb ola biləcək mühüm informasiya ala bilərsiniz. Günün ilk yarısı ətalətli olacaq. Bu vaxt mühüm məsələlərin həllini intensivləşdirməyin. Buğa - birlik, qarşılıqlı dəstək qaçılmazdır. İşin tələbləri və ailə üzvlərinin istəkləri arasında qala bilərsiniz. Vədlər verməyin, yeni öhdəliklərlə razılaşmayın. Günü neytral mövqe tutaraq başa vurun. Əkizlər - hadisələr bir qədər sadələşəcək, lakin olanları diqqətlə izləyin. İşlədiyiniz insanlar, tərəfdaşlar və ailə üzvləri ilə münasibətləri sərtləşdirməyin. Ümumi problemlər sizinlə yaxınlarınız arasındakı əlaqələri daha da sıxlaşdıracaq. Xərçəng - rahatlıq, sakitlik üçün gərgin situasiyalardan qaçaraq problemlərin həllini sonraya saxlamayın. Əsassız və yaramaz tənqidi, kobudluğu, təhqiri kimsəyə bağışlamayın. Hadisələrin episentrində olsanız, soyuqqanlı davranın. Şir - gələcəkdə perspektivlərin genişlənməsi ilə bağlı təklif və ya informasiya istisna deyil. Bəhs etdiyimiz təmayül axşam saatlarında daha konkret olacaq. Qız - şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri sürətləndirməyin. Gözləntilərinizə dəstək arayın. Arzularınızdan biri reallaşa bilər. Tərəzi - ulduzlar bu gün sizə hamilik edəcək. Bir şərtlə ki, fərqli davranış və yeniliklərə hazır olasınız. İşin marağı xatirinə istənilən adamla dil tapmağa çalışın. İşlə bağlı məsələlərə maksimum diqqət ayırın.
