Günün qoroskopu: bu çətin olsa da, gərəklidir...

ONN media bu günün qoroskopunu təqdim edir. Qoç - səhər saatlarını ötən günlərdən qalmıış məsələlərin həllinə və işlərin başa vurulmasına həsr edin. Günün ikinci yarısında işdə rəhbərliklə ünsiyyət və ya üstün instansiyalarla təmaslar yaxşı nəticə verə bilər. İşdə tapşırıqlar arta bilər Buğa - lakin yaşanan şəraitin təfərrüatlarını anlayacaq, perspektivləri daha aydın görəcəksiniz. Sizi cana yığan rutinlik, adilik, bozluqdan qurtulmaq istəyəcəksiniz. Əkizlər - şərait sizi köhnə mövzuya qayıtmağa vadar edəcək. Yaradılanın dağılması, yeni imkanların araşdırılması mümkündür. Xərçəng - fikir və qayğıların çoxluğu pərişanlıq yarada bilər. İnternetdə saatlarla vaxt keçirməyin, ifrat sosiallaşmayın. Gündən maksimal dərəcədə effektiv istifadə edin. Şir - işlərdə konstruktiv yeniliklər, gərginliyin azalması, mühüm situasiyada aydınlaşma mümkündür. Mürəkkəb məsələləri, məsləhətləşmələri təxirə salmayın. Bu gün romantik planlar qurmayın, əyləncəni təxirə salın. Qız - mütəxəssis məsləhəti, səhhətin diaqnostikası, müalicəyə başlanması, məşqlərin bərpası, yeni tanışların tapılması üçün əlverişli gündür. Tərəzi - yaxın ətrafınızdakı adamlardan birinin təxribatına və hücumuna aqressiv tərzdə cavab verməyin. Hiyləgər olun, sizə qarşı qurulan tələni görün, məkri anlayın. Daha vacib işi görmək, gəlir əldə etmək və ya məqsədə çatmaq üçün vidalaşmalı olduğunuz nəsnəni müəyyənləşdirin.