Əflatun Amaşova yeni vəzifə verildi

Mətbuat Şurasının sədri Əflatun Amaşova vəzifə verilib.

ONN media xəbər verir ki, o, “Xalq” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Ə.Amaşov artıq kollektivə təqdim edilib.

Qeyd edək ki, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov sentyabrın 21-də vəzifəsindən azad edilib.