Əfv Komissiyasının növbəti iclası keçirilib

Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar olaraq Amnistiya aktının qəbul edilməsi təklif olunub.Bununla bağlı bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsləhətləri Komissiyasının iclası keçirilib.ONN medianın xəbərinə görə  iclasda bununla bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.Qeyd edək ki,komissiyanın iclasları yekunlaşdıqdan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim olunacaq.Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.