Əfv Komissiyasının sonuncu iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.

ONN media xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.

Qeyd edək ki, bu, Əfv Məsələləri Komissiyasının sonuncu iclasıdır.

Ayın sonunda əfv siyahısının Prezidentə təqdim olunması gözlənilir.

İndiyədək keçirilən iclaslarda 1700-ə yaxın müraciətə baxılıb.