Əhalinin diqqətinə- Küçəyə çıxmaq tam qadağan olundu

 Bu gündən etibarən əhalinin küçəyə çıxması tam qadağan olunub.

ONN media xəbər verir ki, bu gündən Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərar qüvvəyə minir.

Aprelin 20-dək vətəndaşlar yalnız bu hallarda evdən çıxa bilərlər:

– Təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

– Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

– Yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız SMS-ə cavab gəldikdən və icazə verildikdən sonra evdən çıxmaq olar.

İcazənin müddəti iki saatdır.

Həyati əhəmiyyətli qurumlarda çalışanlara isə qadağa tətbiq edilməyib. Bu qurumların siyahısı BURADA.

Qeyd. Baş nazirin imzaladığı digər qərarla, fasiləsiz işləyən qurumların siyahısına əlavələr edilib. Əlavələr BU LİNK