ONN İnformasiya Agentliyi

Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı
29 Fevral 2024 - 12:54

Nazirlər Kabineti 12 oktyabr 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra notariusun və yaxud xüsusi notariusun köməkçisinin, Azərbaycan konsulluqlarının səlahiyyətli vəzifəli şəxslərinin və notariat ofisləri olmayan yaşayış məntəqələrinin yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrinin sorğusu əsasında vəfat edən şəxsin bank hesabları və əmanətləri, habelə bank saxlancında olan əmlakı barədə “Elektron notariat”dan məlumat almaq mümkün olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png