Əliyev tariximizə sahib çıxan dövlət başçısıdır – Alim

Tarix İnstitutunun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

ONN media xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir. Onun sözlərinə görə, məhz dövlət başçısının qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb:

“Dövlət başçısının institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edirik. Tarixçi alimlər ölkə rəhbərinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər edəcəklər. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev kimi tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısıdır, tarix yaradan tarixi şəxsiyyətdir”.(teleqraf.com)