ONN İnformasiya Agentliyi

Ərdoğandan sərt açıqlama: “İstefa verəcəm”

Ərdoğandan sərt açıqlama: “İstefa verəcəm”
26 Noyabr 2017 - 20:09

Bu adam ailəm və mənim haqqımda əsli olmayan yalanlar danışır. Ötən gün yenə məclis kürsüsündən iftiralarını sıralayıb. Övladlarım, qardaşım, yeznəm, qudam xaricə milyonlarla dollar göndərib. Daha əvvəl də mənim 3 milyard dollar pulumun olduğunu iddia etmişdi. Əlində faktın varsa, çıxar millətin qarşısına, mən də lazım olanı edim. Yoxdursa, çıx xalqın qarşısına, iftira etdiyini söylə, üzr istə.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıcdaroğlunun iddialarını cavablandırarkən deyib.

“Tayyib Ərdoğanın xaricdə bir quruş pulunun olduğunu sübut etsin. İsbat etdiyi anda prezidentlikdən istefa verəcəm. Amma bunu isbat edə bilməyən Kamal öz vəzifəsindən istefa verəcəkmi? Millət sənin nə olduğunu gördü”, – Ərdoğan bildirib.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png