Ətrafa atəş açan şəxslə bağlı ŞOK AÇIQLAMA

Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində yaralananların təsadüfən oradan keçdiyi deyilir.

ONN media xəbər verir ki, bu barədə Globalinfo.az-a məlumat daxil olub.

İddia edilib ki, hadisədə yaralananlardan biri kuryerdir, digəri isə o ərazidə təsadüfən olub.

“Cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsdir”, – bildirilib.https://6ad4c59d443e39fe4f914df698745bc3.safeframe.googlesyndication.com/safeframe/1-0-40/html/container.html

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

Hələ ki, hadisəni törədən şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.